Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

A- A A+

Şahmat üzrə Dünya Kuboku 2023-cü ildə Bakıda keçiriləcək.

Azərbaycan Şahmat Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) qərar qəbul edib.

İyulun 29-da başlayacaq turnir avqustun 26-dək davam edəcək.

Qeyd edək ki, bu, Azərbaycanda keçiriləcək ikinci Dünya Kuboku olacaq. Bakı ilk dəfə 2015-ci ildə mötəbər turnirə ev sahibliyi edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: