Xorvatiya - Mərakeş matçının hakimləri bəlli olub

A- A A+

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında oynanılacaq üçüncü yer uğrunda görüşün hakimləri müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, matçın baş hakimi qətərli Əbdülrəhman Əl-Cassim olacaq. Ona həmyerliləri Taleb Əl-Mari və Səud Əl-Maqali kömək edəcəklər. Dördüncü hakim funksiyasını braziliyalı Rafael Klaus yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 17-də keçiriləcək Xorvatiya - Mərakeş matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: