Mundialın final oyunu polşalı FIFA referisi Şimon Marçinyaka həvalə olunub

A- A A+

Qətərdə təşkil olunan dünya çempionatının finalında keçiriləcək Argentina - Fransa matçına hakim təyinatları açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həlledici oyun polşalı FIFA referisi Şimon Marçinyaka həvalə olunub. Ona həmyerliləri Pavel Sokolnitski və Tomaş Listkeviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 18-də oynanılacaq Argentina - Fransa matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: