FIFA müxtəlif konfederasiyalardan 4 ölkənin iştirakı ilə turnir keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino mətbuat konfransında açıqlama verib.
52 yaşlı funksioner bildirib ki, "FIFA World Series" adlanacaq turnirin cüt rəqəmli illərdə - martda beynəlxalq fasilə zamanı - təşkili planlaşdırılır.
"Müxtəlif qitələrin komandaları arasında görüşlərin daha müntəzəm keçirilməsi vacibdir. Belə bir fikir razılaşdırılıb və işlənərək hazırlanıb", - İnfantino əlavə edib.