Gənc boksçular arasında Azərbaycan çempionatına start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Boks Mərkəzində 58 komandanın 215 oğlan idmançısının qatıldığı yarışın ilk günündə 31 döyüş baş tutub.
Belə ki, 51, 54, 57 və 60 kiloqram çəki dərəcələrində onaltıdabir final mərhələsinin qarşılaşmaları olub və növbəti mərhələyə vəsiqə qazanan boksçuların adlarına aydınlıq gəlib. Yığma üzvlərindən yeniyetmələrdən gənclər komandasına keçən Avropa birinciliyinin mükafatçısı Məhəmmədəli Qasımzadə inamlı qələbə qazanıb.
Qeyd edək ki, ölkə birinciliyinə dekabrın 22-də yekun vurulacaq.