DÇ-2022: Final oyununu 50 000 argentinalı azarkeş izləyəcək

A- A A+

Qətərdə keçirilən dünya çempionatının final oyununu 50 000 argentinalı azarkeş izləyəcək.

NUHÇIXAN İnformasiya Agentliyi “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, “Lusail” stadionunda Fransa ilə Argentina arasında baş tutacaq DÇ-2022-nin həlledici qarşılaşmasında cənubi amerikalılar çoxluq təşkil edəcəklər.

88 969 min tamaşaçı tutumuna malik arenada son dünya çempionu Fransa yığmasını cəmi 6000 fanat dəstəkləyəcək.

Qeyd edək ki, dekabrın 18-də keçiriləcək final matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: