Nehrəm məktəbliləri arasında yoldaşlıq görüşü keçirilib - FOTOLAR

A- A A+

Nehrəm kənd 1 nömrəli tam orta məktəbin idman zalında Nehrəm kənd 1 və 2 nömrəli tam orta məktəblərin komandaları arasında basketbol üzrə yoldaşlıq görüşü keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və idman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən görüş Babək rayonunun təşkil edilməsinin 40 illiyinə həsr olunub.

Yarış başlamazdan əvvəl çıxış edənlər keçirilən tədbirin mahiyyətindən bəhs edərək idmançılara uğurlar arzulayıblar.

Oyun boyu üstünlüyü əldən verməyən Nehrəm kənd 1 nömrəli tam orta məktəbin komandası 39:33 hesabı ilə qalib adını qazanıb. Sonda qalib komandaya təşkilatçılar tərəfindən diplom və basketbol topu təqdim edilib.

Yoldaşlıq görüşü Babək Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Basketbol Federasiyasının Babək Rayon Bölməsinin təşkilatçılığı ilə keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: