Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

A- A A+

Sabah taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına start veriləcək.

Azərbaycan Taekvondo Federasiyasından (ATF) NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ATF ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək yarış yeniyetmələrin mübarizəsi ilə başlayacaq.

Onlar dayanq üzərinə dekabrın 20-21-də çıxacaqlar. Ardınca gənc taekvondoçular ölkənin ən güclülərini müəyyənləşdirəcəklər. Bu yaş kateqoriyasında döyüşlər dekabrın 22-23-nə təsadüf edəcək.

2022-ci ilə böyüklər və parataekvondoçular arasında Azərbaycan çempionatı ilə yekun vurulacaq. Onlar dekabrın 24-də qüvvələrini sınayacaqlar.

Ölkəmizdə taekvondonun təbliği və inkişafı, idmançıların yarış təcrübəsinin, həmçinin ustalığının artırılması məqsədi daşıyan birincilik və çempionat Abşeron Olimpiya İdman Kompleksində təşkil ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: