Messi və Lyoris mundialların rekordunu təkrarlayıb - FOTOLAR
Fransa millisinin qapıçısı Uqo Lyoris və Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatlarının rekordunu təkrarlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyunçu buna Qətərdəki mundialın final oyununda iştirak etməklə nail olub.
İkinci dəfə həlledici matça kapitan kimi çıxan Lyoris və Messi daha əvvəl bunu bacaran üç oyunçuya çatıb.
Qeyd edək ki, Argentina millisi Qətərdəki dünya çempionatının finalında Fransa millisinə qalib gəlib.