“Masters” turnirinin sonuncu günündə 4 cüdoçumuz mübarizəyə qoşulacaq

A- A A+

İsraildə keçirilən “Masters” turnirində Azərbaycan cüdoçuları mübarizəni davam etdirirlər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışın sonuncu günündə dörd cüdoçumuz - Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) tatamiyə çıxacaqlar.

Yarış Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Turnirin final görüşləri saat 19:00-da keçiriləcək.

Komandamız indiyədək iki medal əldə edib. Belə ki, Balabəy Ağayev (60 kq) bürünc, Səid Mollayi (81 kq) gümüş medal qazanıblar.

Turnirə 58 ölkədən 350-dən çox cüdoçu qatılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: