Polşa millisinin baş məşqçisi istefaya göndərilib

A- A A+

Futbol üzrə Polşa milli komandasının baş məşqçisi Çeslav Mixneviç istefaya göndərilib.

NUHÇIXAN İnformasiya Agentliyi Polşa Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, 52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Mixneviç yığmanın Qətərdəki dünya çempionatında uğursuz çıxışına görə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, təcrübəli baş məşqçi bu ilin yanvarında Polşa seçməsinin sükanı arxasına keçmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: