“Mançester Siti” komandası “Liverpul”a qalib gələrək 1/4 finala yüksəlib

A- A A+

İngiltərə Liqa Kubokunun IV turunda “Mançester Siti”- “Liverpul” komandaları qarşılaşıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Etihad" stadionunda keçirilən görüşdə meydan sahibləri rəqibini 3:2 hesabı ilə məğlub edib.

Qaliblərin heyətində Erlinq Haaland (10-cu dəqiqə), Riyad Mahrez (47), Natan Ake (58) fərqlənib. “Liverpul”un qollarını isə Fabio Karvalyo (20), Məhəmməd Salah (48) vurub.

Bu qələbə ilə "Mançester Siti" 1/4 finala yüksəlib.

İngiltərə Liqa Kuboku 1960-cı ildən keçirilir. Kubokda İngiltərə çempionatının dörd yüksək divizionundan klublar iştirak edir. Qalib növbəti mövsümün Konfrans Liqasına vəsiqə qazanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: