Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunda iki qarşılaşma keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk oyun günündə "Neftçi" "Şamaxı"nı qəbul edəcək. Oyun saat 16:00-da “Bakcell Arena”da baş tutacaq.
Günün digər oyununda "Sabah" Sumqayıtda eyniadlı komandanın qonağı olacaq. “Kapital Bank Arena"da keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.
Qeyd edək ki, ilin son turunun "Qəbələ" - "Turan Tovuz" və "Səbail" - "Qarabağ" oyunları dekabrın 24-də, "Zirə" - "Kəpəz" matçı isə dekabrın 25-də reallaşacaq.