UEFA Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulmasının əleyhinədir

A- A A+

UEFA rəhbərliyi Rusiya Futbol İttifaqının Asiya Futbol Konfederasiyasına qoşulmasının əleyhinədir.

NUHÇIXAN İnformasiya Agentliyi yerli "Championat" nəşrinə istinadən xəbər verir ki, təşkilat Rusiyanın üzvlüyünü itirmək istəmir.

Qurum geosiyasi vəziyyətin gərginliyi azaldıqdan sonra Rusiyanın yenidən Avropa futboluna inteqrasiya etməsinin tərəfdarıdır.

Bildirilib ki, UEFA üçün belə ölkənin üzvlükdən çıxması indiki durumda reputasiyaya böyük zərbə olacaq.

Qeyd edək ki, Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsi bu gün Asiya Futbol Konfederasiyasına keçmək imkanını müzakirə edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: