“Qış kuboku” uğrunda keçirilən intellekt mübarizəsi yekunlaşıb - FOTOLAR
Gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Qış kuboku”nun qalibi bəlli olub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, yarış Naxçıvan Dövlət Universitetində reallaşıb. 5 nəfərlik heyət olmaqla, 18 komandanın mübarizə apardığı intellekt yarışında ümumi dünyagörüşünü əhatə edən 24 sual səsləndirilib.
Yarışın nəticələrinə əsasən “Paradoks” komandası oyunu birinci, “Xarıbülbül” isə ikinci sırada tamamlayıb. “Şuşa” üçüncü yerə sahib çıxıb. Qalib komandalar kubokla mükafatlandırılıb. İlk üçlükdəki heyətlərə diplom, fəxri fərman və hədiyyələr təqim olunub.
Qeyd edək ki, yarışın məqsədi gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.