Luis Suares Braziliya klubu ilə anlaşıb

A- A A+

Futbol üzrə Uruqvay millisinin hücumçusu Luis Suaresin yeni klubu müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 35 yaşlı futbolçu karyerasını Braziliyada davam etdirəcək. O, “Qremio” ilə anlaşıb. Təcrübəli forvardın klubla ikiillik müqavilə imzalayacağı gözlənilir.

Xatırladaq ki, uruqvaylı forvard ölkəsində “Nasyonal”ın formasını son dəfə geyinib. O, “Qroningen”, “Ayaks”, “Liverpul”, “Barselona” və “Atletiko” kimi klubların da uğurları üçün çalışıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: