UFC 2022-ci ilin ən yaxşı döyüşünü açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ada orta ağır çəki dərəcəsində çexiyalı İrji Proxazka və Qlover Teyşeyra (Braziliya) arasında keçirilən döyüş layiq görülüb.
“UFC 275” turniri çərçivəsində Sinqapurda keçirilən döyüşün sonuna 30 saniyə qalmış İ.Proxazka boğucu fəndlə rəqibini məğlub edib.
Qeyd edək ki, dekabrda revanş döyüşün keçirilməsi nəzərdə tutulsa da, çexiyalı döyüşçünün əlində zədə olduğu üçün təxirə salınıb.