“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges karyerasını Rusiyada davam etdirə bilər

A- A A+

Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Kadi Borges karyerasını Rusiyada davam etdirə bilər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, futbolçu “Krasnodar” klubu ilə müqavilə bağlamağa yaxındır.

Rusiya mətbuatının məlumatına görə, klub rəhbərliyi bu keçidə görə “Qarabağ”a 5 milyon avro ödəyəcək.

Qeyd edək ki, “Qarabağ”a 2021-ci ildə gələn braziliyalı bu mövsüm Ağdam təmsilçisi ilə dördillik yeni müqavilə imzalayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: