Messi PSJ-nin 3 oyununu buraxacaq

A- A A+

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi komandanın qarşıdakı 3 oyununu buraxacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Argentina millisinin kapitanı çempionatın 2, ölkə kubokunun isə 1 matçında iştirak edə bilməyəcək.

Yığma ilə Qətərdə dünya çempionluğunu qazanan 35 yaşlı oyunçuya məşqçilər korpusu istirahət üçün vaxt verib. Ulduz futbolçu yanvarın 3-də Fransaya qayıdaraq məşqlərə başlayacaq. Messi Liqa 1-də “Strasburq” (28 dekabr) və “Lans” (1 yanvar), eyni zamanda ölkə kubokunda “Şatoru” (6 yanvar) ilə görüşü buraxacaq.

Qeyd edək ki, PSJ 15 turdan sonra 41 xalla Fransa çempionatına başçılıq edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: