"Real Madrid" 2024-cü ildə kanadalı futbolçunu transfer etmək istəyir

A- A A+

Almaniyanın "Bavariya" klubunun və Kanada millisinin futbolçusu Alfonso Deyvis karyerasını İspaniyada davam etdirə bilər.

NUHÇIXAN İnformasiya Agentliyi AS nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" 2024-cü ilin yayında 22 yaşlı vingeri heyətinə qatmaq niyyətindədir.

Madrid təmsilçisinin rəhbərliyi oyunçunun çıxışını bəyənir və bu transferdə israrlıdır.

Qeyd edək ki, 2018-ci ildən "Bavariya"nın formasını geyinən Alfonso Deyvisin müqaviləsi 2025-ci ildə başa çatmalıdır. O, cari mövsüm ölkə çempionunun heyətində 24 oyuna 4 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: