“Barselona”nın sabiq hücumçusu Boyan Krkiç Yaponiyanın “Vissel Kobe” klubundan ayrılıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 32 yaşlı ispan futbolçunun klubla müqaviləsinin müddəti bitib.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Yaponlar onunla müqaviləsini yeniləmək istəməyiblər. Bu səbəbdən də hazırda o, azad agentdir.
Krkiç “Barselona”, “Roma”, “Milan”, “Ayaks”, “Stok Siti” və digər klublarda da çıxış edib. O, “Barselona”nın əsas komandasında 104 oyun keçirib və 26 qol vurub.