Çempionlar Liqasında qrupdan çıxan Belçika çempionu baş məşqçisini istefaya göndərib

A- A A+

Belçikanın "Brügge" komandası baş məşqçisi Karl Höfkenslə yollarını ayırıb.

NUHÇIXAN İnformasiya Agentliyi klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis yerli çempionatdakı nəticələrə əsasən istefaya göndərilib.

Qeyd edək ki, "Brügge" 18 turdan sonra 34 xalla 4-cü pillədə qərarlaşıb. Ölkə çempionu UEFA Çempionlar Liqasında B qrupunu 11 xalla ikinci pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanıb. Belçika təmsilçisi növbəti raundda Portuqaliyanın "Benfika" kollektivi ilə üz-üzə gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: