Cüdo üzrə muxtar respublika birinciliyinin qalibləri bəlli olub - FOTOLAR
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, yarışda 2009-2010-cu il təvəllüdlü 65 idmançı iştirak edib. Mükafatçılar 13 çəki dərəcəsi üzrə mübarizə aparıb.
Nəticələrə gəlincə, Elvin Cəfərov (34 kq), Əliislam Səfərli (38 kq), Sinan Məhərrəmli (42 kq), Ümid Əliyev (46 kq), Fərda Cəlilzadə (50 kq), Ariz Cabbarov (55 kq), Fərid İbrahimli (60 kq), İsa Əliyev (66 kq), Yadulla Sadiqov (73 kq), Rövşən Hüseynov (73+ kq) öz çəki dərəcələri üzrə birinci olublar.
Yarışın bağlanış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı və müavini Məcid Seyidov ilk üç yerin sahiblərinə diplom və medallar təqdim ediblər.