“Fulhem”in hücumçusu ikinci dəfə Serbiyada ilin ən yaxşı futbolçusu seçilib

A- A A+

Serbiyada ilin ən yaxşı futbolçusu məlum olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Fulhem”in hücumçusu Aleksandar Mitroviç 2022-ci ilin ən yaxşı futbolçusu seçilib.

İyirmi səkkiz yaşlı futbolçu karyerasında ikinci dəfə ölkəsində ilin ən yaxşısı adına layiq görülüb.

Futbolçu cari ildə Serbiya millisinin heyətində 8 qol vurub. Milli komandanın heyətində 76 oyuna çıxan A.Mitroviç 51 dəfə rəqib qapısına yol tapmağı bacarıb.

Qeyd edək ki, hücumçu 2018-ci ildə də Serbiyadakı səsvermədə hamını qabaqlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: