Di Mariya karyerasını Türkiyədə davam etdirə bilər

A- A A+

Futbol üzrə Argentina milli komandasının idman direktoru Lusiano Nakis Anxel Di Mariyanın "Qalatasaray"a mümkün keçidinə münasibət bildirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, cari mövsümün sonu “Yuventus”la müqaviləsinin müddəti başa çatacaq 34 yaşlı yarımmüdafiəçi ilə "Qalatasaray" klubu yaxından maraqlanır.

L.Nakis "Radyospor"a açıqlamasında transferin mümkün olduğunu söyləyib: "Ola bilər. "Qalatasaray" böyük komandadır. Di Mariya gələcəkdə bu klubun formasını geyinə bilər".

Qeyd edək ki, Anxel Di Mariya Argentina millisinin heyətində dünya çempionu olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: