Neymar PSJ-də qırmızı vərəqlərin sayında antirekord müəyyənləşdirib

A- A A+

Braziliya millisinin futbolçusu Neymar Fransanın PSJ klubunda qırmızı vərəqlərin sayında antirekord müəyyənləşdirib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 30 yaşlı hücumçu "Strasburq"a qarşı Liqa 1-in XVI tur oyununda uğursuzluqla üzləşib.

Forvard 62-ci dəqiqədə rəqibin cərimə meydançasından simulyasiya etdiyi üçün ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Neymar 2017-ci ildə Paris təmsilçisinə keçdikdən sonra 5-ci dəfə qırmızı vərəqə görüb. Bu, həmin müddətdən bəri yerli çempionatda PSJ-nin oyunçuları arasında ən yüksək göstəricidir.

Paytaxt təmsilçisinin azarkeşləri də sosial şəbəkələrdə oyunçunun bu hərəkətini sərt tənqid ediblər.

Qeyd edək ki, qarşılaşma PSJ-nin 2:1 hesablı qələbəsi ilə bitib. Neymar cari mövsüm komandanın heyətində 21 oyuna çıxıb, 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: