"Əl-Nəsr" PSJ-nin məşhur futbolçusunu heyətinə qatmaq istəyir

A- A A+

Fransanın PSJ klubunun futbolçusu Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

NUHÇIXAN İnformasiya Agentliyi "Marca"ya istinadən xəbər verir ki, "Əl-Nəsr" 36 yaşlı yarımmüdafiəçini heyətinə cəlb etmək istəyir.

Klub yayda təcrübəli oyunçu ilə müqavilə imzalamaq niyyətindədir. Ramosun parislilərlə sözləşməsi 2023-cü ilin iyununda başa çatacaq.

Qeyd edək ki, "Əl-Nəsr"in Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunu heyətinə qatacağı gözlənilir. Səudiyyə Ərəbistanı təmsilçisi İngiltərə "Çelsi"sində çıxış edən N Qolo Kante ilə də maraqlanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: