Güləşçilərimiz dünya çempionatında “İL' Azero”nun məşq geyimlərində çıxış edəcəklər - FOTOLAR

A- A A+

Azərbaycan millisi oktyabrın 20-dən 28-dək Budapeştdə keçiriləcək güləş üzrə dünya çempionatında iştirak etmək üçün Macarıstana yollanıb.

NUHÇIXAN xəbər verir ki, millimiz çempionatda Azərbaycanın ilk idman geyimi brendi olan “İL' Azero”nun məşq geyimində çıxış edəcəklər. Məxsusi olaraq güləşçilərimizin dünya çempionatında iştirakı üçün hazırlanan məşq geyimlərində Azərbaycan bayrağının rənglərindən və milli ornamentlərdən istifadə olunub.

“İL' Azero”nun təsisçisi İlqar İmamquliyev dünya çempionatı zamanı Macarıstanda olacaq və bir sıra görüşlər keçirəcək.

Oktyabrın 20-23-də dünya çempionatında sərbəst güləşçilər mübarizə aparacaqlar. Baş məşqçi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Pərviz İbrahimov (61 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (70 kq), Abubakr Abakarov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mundialda qüvvələrini sınayacaqlar.

Ayın 22-dən 25-dək xalça üzərinə qadın güləşçilər çıxacaqlar. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun məsul yarışda şans verəcəyi heyətdə Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) yer alacaqlar.

Oktyabrın son günlərində (25-28) isə meydan yunan-Roma güləşçilərinin ixtiyarına veriləcək. Baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) uğur qazanmağa çalışacaqlar.

Qeyd edək ki, dünya çempionatında hakimlərimizdən Hicran Şərifov, İntiqam Alıyev və Asif Şirəliyev ədaləti qoruyacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: