Pele ilə vida mərasimi keçirilir - FOTOLAR

A- A A+

Braziliyanın “Santos” klubunun stadionunda onun ən məşhur futbolçusu, "futbol kralı" Pele ilə vida mərasimi keçirilir.

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadla xəbər verir ki, üçqat dünya çempionu ilə vidalaşmaq istəyən çox sayda insan stadionun ətrafında sıxlıq yaradıb. Arenaya bitişik bütün küçə və yollar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb, stadion və ətrafda yerli və xarici telekanalların çoxlu çəkiliş qrupları işləyir.

Qeyd edək ki, Braziliyada “futbol kralı”nın şərəfinə üç günlük matəm elan edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: