Yanvarın 2-də futbol üzrə İngiltərə Premyer Liqasında növbəti turun bir oyunu keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Liverpul” klubu səfərdə “Brentford”la qarşılaşıb.
Oyunun favoriti “Liverpul” olsa da, Yürgen Kloppun yetirmələri ümidləri doğrultmayıb. Meydan sahibləri görüşdən 3:1 hesablı qələbə ilə ayrılıblar. “Brentford”un qollarına Konate (öz qapısına), Vissa və Mbeumo imza atıblar. “Liverpul”un yeganə qolunu isə Aleks Oksleyd Çemberleyn vurub.
Beləliklə, bu mövsüm 17 oyunda 5-ci məğlubiyyətini alan “Liverpul” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Mersisaydlıların hesabında 28 xal var.