"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

A- A A+

İspaniya kubokunun 1/16 finalında "Real Madrid" "Kasereno"nu məğlub edib - 1:0.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, oyun Kaseres şəhərindəki “Prinsipe Felipe” 4-cü divizion klubunun stadionunda keçirilib.

Görüşdə yeganə qol 69-cu dəqiqədə vurulub - braziliyalı hücumçu Rodriqo fərqlənib.

"Real Madrid"in rəqibi turnirin 1/8 final mərhələsindəki rəqibi püşkatma nəticəsində müəyyənləşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: