“Qarabağ” Avropanın məğlubedilməz futbol klublarının siyahısında

A- A A+

Avropanın məğlubedilməz futbol klublarının siyahısında Azərbaycan çempionu “Qarabağ” da var.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ümumilikdə 6 komanda ölkədaxili çempionatda uduzmayıb. Bunlar “Qarabağ”la yanaşı, Yunanıstanın “Panatinaikos”, Uelsin TNS, İtaliyanın “Napoli”, Andorranın “Atletik Eskaldes” və Serbiyanın “Srvena Zvezda” klublarıdır.

Bu komandalar arasında ən yaxşı göstərici “Srvena Zvezda” və “Qarabağ”a məxsusdur. Serbiya komandası 17 qələbə, 2 heç-heçə ilə birincidir. “Srvena Zvezda”dan 1 oyun az keçirən “Qarabağ”ın aktivində isə 16 qələbə və 2 heç-heçə var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: