Futbol üzrə İngiltərə Premyer Liqasında növbəti turun bir oyunu keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Londonda “Çelsi” “Mançester Siti”ni qəbul edib.
Qarşılıqlı hücumlar şəraitində keçən görüş qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb – 0:1.
Matçda yeganə qolu Cek Qriliş “Zadəganlar”ın qapısından keçirib.
Beləliklə, qələbə qazanaraq xallarının sayını 39-a yüksəldən Pep Quardiolanın yetirmələri turnir cədvəlinin ikinci pilləsindəki yerlərini qoruyublar. “Şəhərlilər”i lider “Arsenal”dan 5 xal ayırır.