Ronaldonun “Əl-Nəsr”in oyunçusu kimi təqdimat mərasimini üç milyard insan izləyib

A- A A+

Hücumçu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun oyunçusu kimi təqdimatını üç milyard insan izləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalist Pedro Sepulveda özünün sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, 37 yaşlı hücumçunun təqdimatını 3 milyard tamaşaçı auditoriyası ilə dünyanın 40 kanalı nümayiş etdirib.

2022-ci ildə Qətərdə Argentina və Fransa millilərinin qarşılaşdığı (penaltilər üzrə 3:3, 4:2) dünya çempionatının final oyununu dünyada 2 milyard insan izləyib.

Qeyd edək ki, yanvarın 3-də “Əl-Nəsr” Ronaldonu Ər-Riyaddakı 25 min tamaşaçı tutumuna malik “Mrsul Park” stadionunda təqdim edib. Portuqaliyalı Səudiyyə Ərəbistanı klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: