Kanada millisi U-20 dünya çempionatının qalibi olub

A- A A+

Kanadanın 20 yaşadək hokkeyçilərdən ibarət milli komandası dünya çempionatının qalibi olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kanadanın Qalifaks şəhərində keçirilən dünya çempionatının finalında meydan sahibləri Çexiya yığması ilə qarşılaşıblar. Matç kanadalı hokkeyçilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Kanada millisinin heyətində Şeyn Rayt, Dilan Günter (dubl), rəqib komandadan isə İrji Kulix və Yakub Koş fərqləniblər.

Qeyd edək ki, turnirin bürünc mükafatına ABŞ seçməsi sahib olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: