Naxçıvan MR Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

A- A A+

Yanvarın 9-da Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov ötən ilin dekabr ayı ərzində nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb. Görüşdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı da iştirak edib. 

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə  bildirilib ki, tədbirdə Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarına, “Respublika dərəcəli hakim” adına layiq görülmüş bir sıra idman mütəxəssislərinə müvafiq döş nişanları və vəsiqələr təqdim edilib. Təltif olunanlar arasında Naxçıvan Güləş Federasiyasına (NGF) sədri  Faiq İsgəndərov da var. O, “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına layiq görülüb.

Qeyd edək ki, 25 ilə yaxındır güləşlə məşğul olan Faiq İsgəndərov 1986-cı ilin 10 aprel tarixində Babək rayon Kültəpə kəndində anadan olub. İdmançı kimi Azərbaycan birinciliyinin qalibi, beynəlxalq turnirlərin mükafatçısıdır. 2009-cu ildə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində məşqçi-müəllim kimi fəaliyyətə başlayıb, 2015-ci ildən etibarən məktəbin direktoru vəzifəsini icra edir. 2015-2022-ci illərdə NGF-nin sədr müavini kimi fəaliyyət göstərib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: