“Qarabağ” Belçika klubunun yarımmüdafiəçisinə rəsmi təklif göndərib

A- A A+

Ağdamın “Qarabağ” klubu heyətini daha bir futbolçu ilə gücləndirə bilər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ağdam təmsilçisi Belçikanın “Beveren” klubunun yarımmüdafiəçisi Lukas Ribeyrunu transfer etmək istəyir.

“Qarabağ”ın braziliyalı oyunçu üçün rəsmi təklif göndərdiyi bildirilib. Rusiyanın iki klubunun da Ribeyru ilə maraqlandığı, ancaq oyunçunu Ağdam təmsilçisinin təklifinin cəlb etdiyi vurğulanıb.

Qeyd edək ki, son Azərbaycan çempionunun fransalı vinger Aama Diakabi ilə yaxın günlərdə müqavilə imzalayacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: