UEFA Rusiya komandalarının Avropa turnirlərinə qayıtması ilə bağlı işçi qrupu yaradacaq

A- A A+

UEFA Rusiya futbol komandalarının Avropa turnirlərinə qayıtması məsələsi ilə bağlı bu həftə işçi qrupu yaradacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFİ) baş katibi Maksim Mitrofanov məlumat verib.

O bildirib ki, işçi qrupunun tərkibinə FIFA və digər beynəlxalq təşkilatların, o cümlədən, RFİ-nin nümayəndələri daxil ediləcək.

Qeyd edək ki, RFİ 2023-cü il üçün 250 min İsveçrə frankı dəyərində üzvlük haqqını UEFA-ya ödəyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: