Zidana hörmətsizlik edən federasiya prezidenti istefaya göndərilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qrey istefaya göndərilib.

Onu müvəqqəti olaraq vitse-prezident Filipp Diallo əvəzləyib.

Qeyd edək ki, Noel Le Qrey son açıqlamasında Zinəddin Zidanın yığmanın baş məşqçisi postuna namizəd olmadığını və mütəxəssis zəng vursa belə, ona cavab verilməyəcəyini bildirib. Dərhal tvitter səhifəsi vasitəsilə 51 yaşlı mütəxəssisə dəstək mesajı yayımlayan PSJ-nin və millinin hücumçusu Kilian Mbappe “Zidan Fransadır. Biz əfsanəyə o qədər də hörmətsiz yanaşmırıq”, - fikirlərini yazıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: