Olimpiya çempionu saxtakarlığa görə milyonlarla dollar itirib

A- A A+

Atletika üzrə səkkizqat Olimpiya çempionu Useyn Boltun Yamaykanın “Stocks and Securities Limited” investisiya şirkətindəki hesabından bir neçə milyon dollar itib.

NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə idmançının meneceri Nugent Uoker bildirib.

Uoker idmançının hesabları arasındakı uyğunsuzluğu çərşənbə günü öyrəndiyini söyləyib. “Vəziyyəti düzəltmək üçün bütün lazımi addımlar atılıb”, - deyən idmançının meneceri Olimpiya çempionuna dəyən zərərin dəqiq məbləğini açıqlaya bilməyəcəyini söyləyib.

Onun sözlərinə görə, bu işdə şübhəli bilinən investisiya şirkətinin keçmiş əməkdaşı ola bilər.

Qeyd edək ki, Bolt səkkizqat Olimpiya çempionu və 11 qat dünya çempionudur. Həmçinin dünya çempionatlarında iki gümüş və bir bürünc medala sahibdir. O, Yamayka millisinin heyətində 2004-cü ildə Afina Olimpiadasında debüt edib. Bolt ardıcıl üç Olimpiadada (Pekin, London və Rio-de-Janeyro) 100 metr (9,58 saniyə) və 200 metr (19,19 saniyə) məsafələrdə dünya rekordlarına sahibdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: