Fransalı hücumçu Adama Diakabi “Qarabağ”da

A- A A+

Ağdamın “Qarabağ” futbol klubu Adama Diakabini heyətinə qatıb.

NUHÇIXAN İnformasiya Agentliyi kluba istinadla xəbər verir ki, Azərbaycan çempionu fransalı hücumçu ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.

Futbolçu Fransanın U-21 millisinin şərəfini qoruyub. İyirmi altı yaşlı hücumçu Fransanın “Kan”, “Renn”, “Monako” və “Amyen”, eləcə də İngiltərənin “Haddersfild” və “Nottingem Forest” klublarının da formasını geyinib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: