KİV: “Səudiyyənin iki klubu Messi ilə müqavilə imzalamaq istəyir”

A- A A+

Səudiyyə Ərəbistanının “Əl Hilal” və “Əl İttihad” klubları PSJ və Argentina millisinin hücumçusu Lionel Messi ilə maraqlanır.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə “Marca” nəşri yazıb.

Hər iki klubun 35 yaşlı hücumçuya hər mövsüm üçün 350 milyon avro ödəməyə hazır olduğu bildirilir. Ancaq bundan ötrü onlar maliyyə yardımı üçün ölkə rəhbərliyinə müraciət etmək niyyətindədirlər.

Qeyd olunub ki, hər iki klub hələ də FIFA-nın sanksiyaları altındadır və müxtəlif əməliyyatlarda yol verilən qanun pozuntularına görə gələn yaya qədər müqavilə imzalaya bilmirlər.

Xatırladaq ki, daha öncə portuqaliyalı hücumçu Kriştianu Ronaldu “Əl Hilal”ın əsas rəqibi “Əl Nəsr”lə müqavilə imzalamışdı. Müqavilənin şərtlərinə görə, 37 yaşlı hücumçu ildə 200 milyon avro alacaq. Yanvarın 3-də o, klub oyunçusu kimi rəsmən təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: