Messi və Ronaldunu üz-üzə gətirəcək oyunun biletləri bir neçə dəqiqəyə satılıb

A- A A+

Fransa PSJ-si ilə Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu arasında keçiriləcək yoldaşlıq oyununun biletləri bir neçə dəqiqəyə satılıb.

NUHÇIXAN İnformasiya Agentliyi ESPN-ə istinadən xəbər verir ki, Lionel Messi və Kriştianu Ronaldunu üz-üzə gətirəcək qarşılaşmaya böyük maraq var.

Yanvarın 19-da paytaxt Ər-Riyadda oynanılacaq matçın biletləri satışa çıxarıldıqdan sonra 2 milyondan çox insan onlayn növbəyə durub.

Qeyd edək ki, Messi PSJ-nin, Ronaldu isə "Əl Nəsr"in formasını geyinir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: