Boksçuların rinqə bığ və saqqalla çıxmasına icazə verilib

A- A A+

Beynəlxalq Boks Assosiasiyası (IBA) idmançılara yarışlara bığ və saqqalla qatılmağa icazə verib.

NUHÇIXAN İnformasiya Agentliyi IBA-in rəsmi saytına istinadən məlumatına görə, boksçular yarış zamanı saqqal və bığ saxlaya biləcəklər.

Amma saqqal 10 sm-dən çox olmamalı və boyunu örtməməlidir.

Qeyd edək ki, daha əvvəl idmançıların rinqə saqqalla çıxması qadağan edilmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: