“Qalatasaray”da daha bir müqavilə

A- A A+

İstanbulun “Qalatasaray” klubu yarımmüdafiəçisi Özgür Baran Aksakanın müqavilə müddətini uzadıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

On doqquz yaşlı futbolçu yeni müqaviləyə əsasən, 2025/2026-cı il mövsümünün sonunadək İstanbul klubunda qalacaq.

Aksaka “Qalatasaray”ın öz yetirməsidir. Dayaq yarımmüdafiəçisi İstanbul klubunun əsas komandasında 3 oyun keçirib.

“Qalatasaray” ötən gün digər gənc futbolçusu Emin Bayramla da yeni müqavilə imzalandığını açıqlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: