“Valensiya” klubu müdafiəçisi ilə müqaviləni yeniləyib

A- A A+

İspaniyanın “Valensiya” klubu müdafiəçisi Muktar Diakabi ilə müqaviləni yeniləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qvineyalı futbolçunun klubla müqaviləsi 2027-ci ilin iyun ayınadək uzadılıb.

İyirmi altı yaşlı futbolçu 2018-ci ilin iyulundan “Valensiya”da çıxış edir. O, bu mövsüm La Liqa təmsilçisinin heyətində 12 oyuna çıxıb və 2 qol vurub.

Müdafiəçinin klubla hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının sonunadək idi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: