“Qarabağ” bu gün Antalyada iki yoxlama oyununa çıxacaq

A- A A+

Antalyada təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” klubu bu gün iki yoxlama oyunu keçirəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, komanda əvvəlcə Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Ağdam təmsilçisi digər görüşdə isə Polşanın “Poqon” klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 18:30-da start götürəcək. Bu, “Qarabağ”ın Antalya toplanışında sonuncu sınaq matçı olacaq.

Qeyd edək ki, “Qarabağ” ilk yoxlama matçında Polşanın “Rakuv” klubuna 0:3 hesabı ilə uduzub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: