“Qarabağ” klubu beynəlxalq reytinq cədvəlində 7 pillə irəliləyib

A- A A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 500-dən artıq komandanın yer aldığı siyahıda Azərbaycan 3 klubla təmsil olunub.

Hesabında 139 xal olan Ağdamın “Qarabağ” klubu 7 pillə irəliləyərək 78-ci olub. Ağdam təmsilçisinin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçikanın “Gent” klubu 114 xalla 109-cu pillədə qərarlaşıb.

“Neftçi” və “Zirə”nin də reytinq cədvəlindəki mövqeyində irəliləyiş müşahidə olunub. “Neftçi” 66,5 xalla 290-cı, “Zirə” isə 50,2 xalla 478-ci yerə yüksəliblər.

Reytinq cədvəlinə 299 xalla Braziliyanın “Flamenqo” komandası başçılıq edir. “Palmeyras” (Braziliya) 284 xalla ikinci, İngiltərənin “Liverpul” komandası 273 xalla üçüncü olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: