Naxçıvan idman ictimaiyyətinin nümayəndələri Türkiyədə mükafatlandırılıb - FOTOLAR

A- A A+

Qardaş ölkə Türkiyənin İstanbul şəhərində təkbətək döyüş idmanı növlərini əhatə edən ilk mükafatlandırma mərasimi – “Altın Yumruk ödül gecesi” reallaşıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, tədbirə dəvət olunanlar arasında Naxçıvan Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev və federasiyanın məşqçisi Etibar Qəribov da olub. Qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, istedadlı idmançıların üzə çıxarılması və ümumi fəaliyyətinə görə Xəyal Abdullayev “Kikboks onur ödülü” ilə təltif olunub.

Etibar Qəribov isə həm idmançı, həm də məşqçi kimi Türkiyə və Azərbaycandakı paralel fəaliyyəti və uğurları əsas götürülməklə “Spor elçisi ödülü” ilə mükafatlandırılıb.

Mükafatlandırma mərasimində tanınmış simalar, media nümayəndələri, menecerlər, məşqçi və idmançılar, o cümlədən döyüş idmanında uğurlu fəaliyyəti olan şəxslər iştirak ediblər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: