Oktyabrın 21-də futbol üzrə İtaliya çempionatının 9-cu turunun növbəti oyununda “İnter” və “Milan” komandaları qarşılaşacaqlar.
NUHÇIXAN xəbər verir ki, daim gərgin idman mübarizəsi şəraitində keçən və böyük maraq doğuran Milan derbisi 173-cü dəfə baş tutacaq. Bu matçların 65-də “İnter”, 54-də isə “Milan” qalib gəlib. Bundan başqa, 54 görüş heç-heçə nəticələnib.
“Della Madonnina” adlanan Milan derbilərinin sonuncusunda “İnter” klubu qalib gəlmişdi – 3:2.
Bu oyun üçün satışa çıxarılan 82 min 995 biletin hamısı artıq satılıb. “Neradzuri”nin bilet satışından qazandığı məbləğ 4,3 milyon avro təşkil edib ki, bu da İtaliya futbolu üçün rekord göstəricidir. Bundan əvvəlki rekord “Milana”a məxsus idi. Klub 2017-ci ilin aprelində keçirilmiş Milan derbisi üçün bilet satışından 4 milyon 204 min avro məbləğində gəlir əldə etmişdi. Həmin matç 2:2 hesabı ilə başa çatmışdı.
Oyunun baş hakimi italiyalı referi Marko Guida olacaq. Bu müddət ərzində o 18 dəfə “İnter”in, 18 dəfə isə “Milan”ın oyununu idarə edib.
M.Guida hakimlik etdiyi oyunlarda “İnter” 12 dəfə, “Milan” isə 5 dəfə qalib gəlib. İnterli futbolçular Guidadan 37 dəfə sarı vərəqə, 2 dəfə qırmızı vərəqə görüb.
“Milan” klubun əsası 1899-cu ildə britaniyalı mühacirlər Alfred Edvards və Robert Kiplin tərəfindən qoyulub. Hal-hazırda futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan ən titullu komandalardan biridir. Milanlılar 18 dəfə İtaliya çempionu və 5 dəfə İtaliya kubokunun qalibi olublar. Bu komandadan başqa, Milan şəhərinin digər təmsilçisi 1908-ci ildə “Milan” klubundan narazı olaraq ayrılan bir qrup şəxsin həmin ildə əsasını qoyduqlarə “İnter” futbol klubudur. Klub tarixində ən çox qol vuran futbolçu Qunnar Nordardi (221 qol), ən çox oyun keçirən isə İtaliya futbolunun əfsanə futbolçusu sayilan Paolo Maldindir (902 oyun).
“İnter” klubu isə 2009-2010-ci il mövsümündə tarixində 18-ci dəfə İtaliya çempionu olub.